Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsi üçün media akkreditasiyası başlanıb

Yarış 1-3 oktyabr tarixində Su İdmanı Sarayında keçiriləcək
Azturkxeber.az xəbər verir ki, üzgüçülük üzrə "İpək Yolu" (The Silk Road Tour) Dünya Kubokunun "Bakı 2026" mərhələsi üçün media akkreditasiyası başlanıb.
1-3 oktyabr 2026-cı il tarixlərində Su İdmanı Sarayında keçiriləcək mötəbər yarışın işıqlandırılmasında iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə 13 sentyabr saat 23:59-dək qeydiyyatdan keçə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: