azturkxeber.az
http://azturkxeber.az

AzInTelecom media nümayəndələri üçün təlim keçirib

10-09-2026

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC media nümayəndələri üçün “Qələmdən süni intellektə” mövzusunda təlim təşkil edib.

Azturkxeber.az xəbər verir ki, 40-a yaxın jurnalistin iştirak etdiyi təlimdə AzInTelecom-un rəqəmsal xidmətlər sahəsindəki fəaliyyəti və müasir texnoloji həlləri diqqətə çatdırılıb. Şirkətin Azərbaycanın rəqəmsal inkişafındakı strateji rolu, milli data mərkəzləri, superkompüter infrastrukturu və kibertəhlükəsizlik xidmətləri barədə məlumat verilib. Bundan başqa, SİMA ekosistemindəki ən son yeniliklər, funksionallıqlar və platformanın rəsmi maskotu “Simi” təqdim edilib. Daha sonra ənənəvi mətbuatdan rəqəmsal kommunikasiyaya keçid mövzusunda jurnalistlərə təlim keçirilib.

İnteraktiv formatda baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda jurnalistlər üçün mini viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, AzInTelecom-un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930