Şükürbəyli kəndinə köçürülən sakinlər yeni evlərinə çatıblar




Sentyabrın 10-da doğma yurduna yola salınan köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə köçən 154 nəfərdən ibarət 25 ailəyə mənzillərinin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: