azturkxeber.az
http://azturkxeber.az

ASA ilə Kembric Universiteti arasında əməkdaşlıq davam etdiriləcək

10-09-2026

Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev Kembric Universitetinin təhsil ekspertləri Ceyms Bidl və Dr. Reyçel Ceffersonla görüşüb.

ASA-dan Azturkxeber.az-a bildirilib ki, görüşdə F.Hacıyev Kembric Universiteti ilə əməkdaşlığın akademik heyətin peşəkar bacarıqlarının inkişafına, müasir təhsil yanaşmalarının öyrənilməsinə və tətbiqinə mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın böyük idman tədbirlərinə ev sahibliyi etməsi, eləcə də Akademiyanın məzunlarının yalnız yerli deyil, beynəlxalq əmək bazarına çıxması bu əməkdaşlığın əhəmiyyətini daha da artırır.

Kembric Universitetinin təhsil ekspertləri bu əməkdaşlığı yüksək qiymətləndirib və dəvətə görə ASA rəhbərliyinə təşəkkür ediblər.

Sonda gələcəkdə də təhsil sahəsində yeniliklərin və islahatların həyata keçirilməsi məqsədilə Akademiyanın Kembric Universiteti ilə əlaqələrinin davam etdirilməsi planlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930