azturkxeber.az
http://azturkxeber.az

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

07-08-2026

Bu gün ölkənin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Azturkxeber.az "Azərişıq" ASC-yə istinadla xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxtda və bəzi regionlarda elektrik şəbəkəsində əsaslı təmir, yenidənqurma işləri aparılacaq.

Paytaxtın Abbas Səhhət, Aşıq Qurban, Marat Əmirxanov, İsgəndər Aznaurov, Rəşid Bağırov, Zakir Yusifov, Oqtay Vəliyev küçələrinin bir hissəsində saat 09:00-dan 17:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yusif Vəzir Çəmənzəminli, Maqsud Əlizadə və Xan Şuşinski küçələrində, Koroğlu Rəhimov və Aşıq Alı küçələrinin kəsişməsində yerləşən yaşayış ərazisində isə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə Suraxanı rayonu Hövsan qəsəbəsində saat 10:00-dan 13:00-dək İlqar Əhlimanov küçəsinin bir hissəsini əhatə edəcək.

Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir və budanma işləri ilə əlaqədar saat 09:00-dan 13:00-dək bəzi küçələrdə məhdudiyyət tətbiq ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31