Qadın velosipedçimiz Çində qələbə qazanıb




Ölkəmizin şose velosipedi üzrə qadınlardan ibarət Elit yığma komandasının üzvü Viktoriya Sidorenko Çin Xalq Respublikasının “Pardus MK Women’s Cycling Team” komandasının heyətində “Xinjiang Production and Construction Corps” beynəlxalq turnirində uğurla çıxış edib.
Azturkxeber.az-ın məlumatına görə, 2 günlük yarışın birinci mərhələsində bütün rəqiblərini qabaqlayan təmsilçimiz növbəti gün fəxri kürsünün üçüncü pilləsinə qalxıb və ümumi təsnifatda 1-ci yeri tutub.
Qeyd edək ki, Viktoriya Sidorenko Çin komandasının heyətində cari ilin 2-7 oktyabr tarixlərində Sloveniyada keçiriləcək şose velosipedi üzrə Avropa çempionatına hazırlıq prosesi keçir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: