azturkxeber.az
http://azturkxeber.az

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar

03-08-2026

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2026-cı ilin birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri Quru Qoşunlarının tabeliyində fəaliyyət göstərən hərbi hissələrdən birində olublar.

Müdafiə Nazirliyindən Azturkxeber.az-a verilən məlumata görə, nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları, o cümlədən onlara göstərilən tibbi xidmətlə maraqlanıblar.

Hərbi qulluqçularla görüşdə insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularla bağlı söhbətlər aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31