Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında imzalanan 2025-ci ilin birgə tədbirlər planına əsasən, oktyabrın 16-da aparatın nümayəndələri hərbi hissələrdən birində olublar.
Nümayəndələr hərbi hissədə şəxsi heyətin təminatı və məişət şəraiti ilə tanış olub, hərbi qulluqçularla görüşüb, həmçinin tibb məntəqəsində müalicə alanların sağlamlıq durumları və onlara göstərilən tibbi xidmətlə maraqlanıblar.
Hərbi qulluqçularla görüşdə insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi və digər mövzularla bağlı söhbətlər aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.