azturkxeber.az
http://azturkxeber.az

HDQ-də buraxılış mərasimi keçirilib - VİDEO

03-08-2026

Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Azturkxeber.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxış edənlər partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışıb, eləcə də təhlükəli maddələrə toxunmamaq və dərhal zərərsizləşdirmə qrupuna məlumat vermək tövsiyə olunub.

Sonda kursu uğurla başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31