azturkxeber.az
http://azturkxeber.az

Hərbi Dəniz Qüvvələrində buraxılış mərasimi keçirilib

18-10-2025

Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərimizin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülüb, hörmət və ehtiram nümayiş etdirilib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.

Buraxılış mərasimində partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışılıb. Təhlükəli maddələr aşkar edildiyi halda ona toxunmadan dərhal zərərsizlədirmə qrupuna məlumat verilməsi tövsiyə edilib.

Kursu müvəffəqiyyətlə başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.

Sonda qonaqlar dəniz xüsusi təyinatlılarının nümunəvi çıxışlarını izləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031