Çay kənarında narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
Azturkxeber.az-a cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 47 yaşlı Cəfər Kərimov saxlanılıb.
Ondan çaykənarı ərazidə aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 63 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: