azturkxeber.az
http://azturkxeber.az

Məktəbəhazırlıq qruplarına 16 mindən çox uşaq qeydiyyatdan keçib

30-07-2026

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 16 min 694 uşaq elektron qeydiyyatdan keçib. Qeydiyyatdan keçən uşaqlardan 12 min 681 nəfəri üçün aktiv sorğu yerləşdirilib.

İdarədən Azturkxeber.az-a bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul sentyabrın 14-dək davam edəcək. Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə sentyabrın 1-dən 30-dək həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarına qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 21-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 22-dən aktivləşdirilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 2021-ci il təvəllüdlü, cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul edilirlər.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığının artırılması, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi, həmçinin təhsil mühitinə uyğunlaşdırılmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031