azturkxeber.az
http://azturkxeber.az

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01-05-2025

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

Bu gündən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mayın 6-dan iyunun 5-dək prioritetli mərhələdə aparılacaq. Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə seçim iyunun 17-dən iyulun 17-dək keçiriləcək. Bu müddətdən sonra həmin məktəblərə artıq prioritet statusu olmadan seçim etmək mümkün olacaq.

Qəbul prosesi sentyabrın 12-dək davam edəcək. Digər dillərdə tədris aparılan bölmələr üzrə müsahibəyə qeydiyyat mayın 6-dan 20-dək, müsahibə mərhələsi isə mayın 12-dən 31-dək davam edəcək. Həmin bölmələr üzrə məktəb və müəllim seçimi isə iyunun 17-dən sentyabrın 12-dək həyata keçiriləcək.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031