azturkxeber.az
http://azturkxeber.az

Finlandiyada yaşayan azərbaycanlılar “Sabah” komandasına dəstək olublar

29-07-2026

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Finlandiyanın Kupio şəhərində keçirilən KuPS – “Sabah” oyununda Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Azturkxeber.az xəbər verir ki, Helsinkidən təxminən 390 kilometr məsafədə yerləşən Kupio şəhərində baş tutan qarşılaşmanı izləmək üçün Finlandiyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlı azarkeşlər bir araya gəliblər.

Səfər Finlandiyadakı Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə reallaşıb. Azarkeşlər oyun boyu komandamızı böyük ruh yüksəkliyi ilə dəstəkləyiblər.

Qarşılaşmadan sonra göstərdiyi dəstəyə görə “Sabah” komandası tərəfindən Ülviyyə Cabbarovaya klubun rəsmi forması hədiyyə edilib.

Bu görüş Finlandiyada yaşayan azərbaycanlıların öz komandalarına sədaqətini, həmçinin birlik və həmrəylik ruhunu bir daha nümayiş etdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031