azturkxeber.az
http://azturkxeber.az

Çempionlar Liqası: "Sabah" - KuPS oyununda 2-ci hissə başlayıb - YENİLƏNİB 2

21-07-2026

Çempionlar Liqası: "Sabah" - KuPS oyununda 2-ci hissə başlayıb - YENİLƏNİB 2

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında keçirilən ilk oyunda ikinci hissə başlayıb.

Azturkxeber.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan görüşün ilk yarısından sonra Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0. Qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

20:52

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Bank Respublika Arena”da oynanılan görüşdə fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb. Bakı klubunun heyətində qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

20:01

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda “Sabah” və Finlandiyanın KuPS komandaları arasında ilk oyun başlayıb.

Azturkxeber.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 20:00-da start götürüb. Matçı polşalı FIFA referisi Lukaş Kuzma idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031