azturkxeber.az
http://azturkxeber.az

Avropa Liqası: "Qarabağ" İslandiya klubunu darmadağın edib – YENİLƏNİB 3

09-07-2026

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

Azturkxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir və 86-cı dəqiqədə Renaldo Sefas vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

21:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyunda ikinci hissə davam edir.

Azturkxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Ağdam klubu 2:0 hesabı ilə qalib gəlir.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

21:01

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçirilən ilk oyunda birinci hissə başa çatıb.

Azturkxeber.az xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşün fasiləsinə 2:0 hesablı üstünlüklə yollanıb.

Qolları 30-cu dəqiqədə Zakaria Savo, 45+2-ci dəqiqədə Abdullah Zubir vurublar.

Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.

20:01

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk oyun başlayıb.

Azturkxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031