Argentinaya qalib gələn İspaniya millisi ikiqat dünya çempionu olub YENİLƏNİB 5
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.
Azturkxeber.az xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.
Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.
01:44
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ilk qol vurulub.
Azturkxeber.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində Avropa təmsilçisi hesabı açıb.
İspanların heyətində Ferran Torres dəqiq zərbə ilə komandasını hesabda önə keçirib - 1:0.
Qeyd edək ki, matçda əlavə vaxt oynanılır.
01:18
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda əlavə vaxt oynanılacaq.
Azturkxeber.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtında hesab açılmadığından komandalar meydanda daha 30 dəqiqə mübarizə aparacaqlar.
Əlavə vaxtda da qalib müəyyənləşməsə, penaltilər seriyasından istifadə olunacaq.
00:22
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
Azturkxeber.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb - 0:0.
23:58
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda birinci hissə başa çatıb.
Azturkxeber.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar - 0:0.
Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
23:05
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında final oyunu başlayıb.
Azturkxeber.az xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:









