azturkxeber.az
http://azturkxeber.az

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu

17-06-2026



İyunun 16-da UNESCO-nun Parisdə yerləşən Baş qərargahında Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumuna dair məlumat sessiyası keçirilib.


Azturkxeber.az xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov və UNESCO-nun Sosial Siyasət və İnklüzivlik üzrə direktoru, Baş direktorun Elm sektoru üzrə müavini Qustavo Merino çıxış edib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən başlayan Bakı Prosesi və bu çərçivədə 2011-ci ildən etibarən 6 dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq humanitar əməkdaşlığın nüfuzlu platformasına çevrildiyi vurğulanıb. Əsas beynəlxalq tərəfdaşlardan biri kimi UNESCO-nun bu prosesə daha fəal dəstək göstərəcəyi qeyd edilib.


Bildirilib ki, Forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyətini bir araya gətirərək dialoq, qarşılıqlı anlaşma və həmrəylik ideyalarının təşviqinə xidmət edir.


Daha sonra 2026-cı ilin 27-29 oktyabr tarixində ölkəmizdə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun prioritet istiqamətləri, forumun konsepsiyası, proqramı və gözlənilən nəticələri barədə ətraflı təqdimat edilib, broşürlar paylanılıb.


Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Çıxışçılar Bakı Prosesinə dəstəyini ifadə edib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930