azturkxeber.az
http://azturkxeber.az

UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub

17-06-2026

İyunun 16-da Parisdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Nayef H. Al-Fayez ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelər, mədəni diplomatiya və mədəniyyət sahəsində beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin UNESCO-nun SECURE layihəsi çərçivəsində perspektiv əməkdaşlıq istiqamətləri və bu proqramın mədəni irsin qorunması sahəsində tətbiq oluna biləcək imkanları müzakirə edilib.

Nazir Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin əsas prioritetləri, həyata keçirilən islahatlar və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə məlumat verib.

Tərəflər UNESCO ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, peşəkar mübadilə proqramlarının genişləndirilməsi və innovativ beynəlxalq təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin, eləcə də mədəniyyətin dayanıqlı inkişaf və beynəlxalq həmrəyliyin möhkəmləndirilməsində rolunun əhəmiyyəti vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930