Paraatletimiz Rüfət Rəfiyev Tunis Beynəlxalq Qran-Prisinin gümüş medalını qazanıb

Tunisin paytaxtı Tunis şəhərində Paraatletika üzrə Beynəlxalq Qran-Pri start götürüb.
Nüvə itələmə üzrə paraatletimiz Rüfət Rəfiyev F36 kateqoriyasında 13.78 metr nəticə ilə 2-ci olub.
Qeyd edək ki, 16-19 iyun tarixlərində keçirilən Tunis Qran-Prisində ölkəmizi nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyev (F36) təmsil edirlər. Samir Nəbiyev və Ömər Bozbaxov nüvəitələmə ilə yanaşı, diskatma yarışlarında da qüvvələrini sınayacaqlar.
Milli komandamıza baş məşqçi Oleq Panyutin rəhbərlik edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: