azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın regional mərkəzləri tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirici tədbirlər davam etdirilir

17-06-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb və Cənub regional mərkəzləri tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnsan hüquqlarının təmini Azərbaycan dövlətinin ali məqsədidir”, “Ombudsmanın Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində fəaliyyəti” və “İnsan hüquqları və bərabər imkanlar: inklüziv cəmiyyətə doğru” mövzularında hüquqi maarifləndirici tədbirlər keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirlərdə ölkə Prezidentinin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edildiyi, Ombudsman tərəfindən hər il həmin əlamətdar gün ərəfəsində 18 may–18 iyun tarixlərinin “İnsan Hüquqları Aylığı” elan edildiyi bildirib, Aylıq çərçivəsində silsilə maarifləndirici tədbirlərin keçirildiyi qeyd olunub.

Həmçinin Ombudsmanın fəaliyyət istiqamətləri, “916” Çağrı Mərkəzinin fəaliyyəti, Müvəkkilə müraciət qaydaları da ətraflı diqqətə çatdırılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930