azturkxeber.az
http://azturkxeber.az

Beynəlxalq Forumda

17-06-2026

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 18-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək.

Komitə sədri səfər zamanı Avro-Aralıq Dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının Mərakeş İqtisadi Parlament Forumunda iştirak edəcək.

Azturkxeber.az xəbər verir ki, Tədbirdə region ölkələri arasında iqtisadi inteqrasiya, süni intellektə investisiya qoyuluşunun təşviqi, Avropa-Aralıq dənizi və Körfəz süni intellekt mərkəzinin yaradılması, mavi iqtisadiyyat vasitəsilə məşğulluğun stimullaşdırılması, KOB-lar və startaplar innovasiya və gənclərin məşğulluğunun hərəkətverici qüvvəsi kimi, iqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə təsirlərinin həlli məsələləri müzakirə olunacaq.

Səfər iyunun 22-də başa çatacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930