azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

17-06-2026

İyunun 16-da Paris şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun 43-cü Baş Konfransının Prezidenti, Banqladeşin UNESCO yanında daimi nümayəndəsi Hondker M. Talha ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə UNESCO-nun Baş Konfransı çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq mədəni-humanitar gündəlikdə yer alan prioritet mövzular və təşkilat daxilində çoxtərəfli dialoqun təşviqi məsələləri müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirərək təşkilat çərçivəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Tərəflər mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, qeyri-maddi mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930