azturkxeber.az
http://azturkxeber.az

ADY və Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib

17-06-2026

Azərbaycan Dəmir Yollarında (ADY) Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının gücləndirilməsi və əməkdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.

Azturkxeber.az xəbər verir ki, ADY sədri Rövşən Rüstəmov AİİB-in Azərbaycanda nəqliyyat infrastrukturu və regional bağlantı sahəsində fəal tərəfdaşlığının ölkənin tranzit potensialının gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb və bunu yüksək qiymətləndirib.

Qeyd olunub ki, Azərbaycanın dayanıqlı şəhər mobilliyi və sərnişindaşıma xidmətlərinin inkişafı ADY-nin strategiyasının əsas komponentlərindən biridir. 2025-ci ildə ADY-nin rayonlararası və Abşeron dairəvi dəmir yolu marşrutları vasitəsilə 10 milyondan çox sərnişin daşınıb ki, bu da etibarlı və dayanıqlı ictimai nəqliyyata artan tələbatın göstəricisidir.

Görüşdə nəqliyyat infrastrukturunun inkişafı, regional bağlantının genişləndirilməsi və dayanıqlı logistika həllərinin təşviqi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb. ADY və AİİB arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930