azturkxeber.az
http://azturkxeber.az

Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri ilə görüşüb

17-06-2026

İyunun 16-da Paris şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO İcraiyyə Şurasının sədri, Qətərin UNESCO yanında daimi nümayəndəsi doktor Nasser bin Həməd Al Hinzab ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, görüşdə UNESCO çərçivəsində çoxtərəfli əməkdaşlıq, mədəni irsin qorunması, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar təşəbbüslərlə bağlı məsələlər müzakirə olunub.

Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə əməkdaşlığa verdiyi önəmi vurğulayaraq ölkəmizin təşkilatın fəaliyyətinə verdiyi töhfələrdən bəhs edib.

Tərəflər UNESCO platformasında qarşılıqlı maraq doğuran təşəbbüslər, üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və mədəniyyətin beynəlxalq əməkdaşlığın inkişafındakı rolu barədə fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da müzakirələr aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930