azturkxeber.az
http://azturkxeber.az

700-cü sahibkar “ABAD”çı adını qazandı

17-06-2026

“ABAD” publik hüquqi şəxsin dəstək göstərdiyi ailə bizneslərinin sayı artmaqda davam edir. 700-cü sahibkar Lənkəran rayonunda fəaliyyət göstərən “İnci Çay” brendinin təsisçisi Xəyalə Abdullayevadır.

Azturkxeber.az xəbər verir ki, “İnci Çay” brendi Azərbaycanın qədim çayçılıq ənənələrini yaşadaraq Lənkəranda yetişdirilən yüksək keyfiyyətli çay yarpaqlarından hazırlanan məhsulları istehlakçılara təqdim edir. Ənənəvi üsullarla emal olunan çaylar özünəməxsus ətri, dadı və keyfiyyəti ilə seçilir. Brend yerli çayçılıq ənənələrinin qorunub saxlanılmasına və bölgənin kənd təsərrüfatı potensialının tanıdılmasına töhfə verir.

“ABAD” sıralarına qoşulması münasibətilə 700-cü “ABAD”çı Xəyalə Abdullayevaya İçərişəhərdə fəaliyyət göstərən “ABAD” etno-butikində “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat təqdim edilib. Burada həmçinin “ABAD”ın fəaliyyəti, sahibkarlara göstərilən dəstək mexanizmləri və “İnci Çay” brendinin məhsulları haqqında məlumat təqdim olunub.

“ABAD” ailə bizneslərinin inkişafına dəstək göstərməklə yerli istehsalın təşviqinə və regionlarda sahibkarlığın genişlənməsinə töhfə verməyə davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930