Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə maarifləndirmə tədbirləri keçirilib


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində Balakən rayonunun Yeni Şərif kəndində, Şəki Rayon Psixiatriya Xəstəxanasında, Şəki “ASAN xidmət” mərkəzində və Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində dövlət və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarının, ASAN könüllülərinin və sakinlərin iştirakı ilə silsilə maarifləndirmə tədbirləri keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirlərdə Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyun ayının 18-nin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd olunduğu, Ombudsman tərəfindən 18 may -18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı”nın elan olunduğu bildirilib.
Eyni zamanda, tədbirlərdə Müvəkkilin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: