İndoneziya sahillərində güclü zəlzələ baş verib
İndoneziya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 282 min insanın yaşadığı Palu şəhərindən (Sulavesi adası) 46 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: