azturkxeber.az
http://azturkxeber.az

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

16-06-2026

İİB rəsmisi: Qlobal halal sektorda istehlak xərclərinin 3 trilyon dolları ötəcəyi gözlənilir

Qlobal müsəlman istehlakçılarının halal sektorları üzrə xərclərinin qarşıdakı illərdə 3 trilyon dolları keçəcəyi proqnozlaşdırılır.

Azturkxeber.az xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankı (İİB) Qrupunun Kuala Lumpurdakı Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi İİB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Azərbaycan Halal Biznes Forumunun (AZHAB Forum) xüsusi sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, halal iqtisadiyyat hazırda qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən istiqamətlərindən biridir. Onun sözlərinə görə, vaxtilə yalnız müəyyən istehlakçı qrupuna xidmət edən bu sahə artıq geniş iqtisadi ekosistemə çevrilib.

“İslam İnkişaf Bankı Qrupuna üzv ölkələr birlikdə dünyanın ən böyük halal istehlak və istehsal bazarlarından birini formalaşdırır və bu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar yaradır. Forum siyasətçilər, tənzimləyici qurumlar, biznes nümayəndələri, investorlar və inkişaf tərəfdaşları üçün əməkdaşlığın genişləndirilməsi və qlobal halal iqtisadiyyatın inkişafı baxımından mühüm platformadır”, - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930