azturkxeber.az
http://azturkxeber.az

Fövqəladə Hallar Nazirliyi sığınacaqda maarifləndirmə tədbiri keçirib

16-06-2026

Fövqəladə Hallar Nazirliyi tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacaqda fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə sığınacaq sakinlərinə, həmçinin müəssisənin əməkdaşlarına müvafiq biliklərin verilməsi olub.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930