azturkxeber.az
http://azturkxeber.az

Elm və təhsil komitəsinin iclasında

16-06-2026

İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitə sədri Anar İsgəndərov iclasın gündəliyinə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Azturkxeber.az xəbər verir ki, komitə sədri diqqətə çatdırıb ki, sənəddə dövlət təhsil siyasətinin həyata keçirilməsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur.

Bildirilib ki, qanun layihəsinə görə, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin işgüzar geyim üslubu ilə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Həmçinin, təklif olunan dəyişikliklərə əsasən, təhsilalanların müəyyən edilmiş geyim qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı valideynlərin və digər qanuni nümayəndələrin vəzifələri dəqiqləşdirilir.

Məsələnin müzakirəsində komitə sədrinin müavini Fariz İsmayılzadə, komitə üzvləri Bəxtiyar Əliyev, Ceyhun Məmmədov çıxış edərək, layihə barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, dəyişikliklər məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinə, təhsil mühitinin səmərəli təşkilinə və təhsillə bağlı məsələlərə vahid yanaşmanın təmininə xidmət edir.

Müzakirədən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Tamam Cəfərova, Vasif Qafarov, Eldar Quliyev, Elçin Mirzəbəyli, Şahin Seyidzadə, Samir Vəliyev, Mehriban Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930