DİN: Bir gündə 43 cinayətin açılması təmin olunub

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 15-də ölkə ərazisində qeydə alınmış 33 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Həmçinin axtarışda olan ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah və sursatın aşkarlanaraq götürülməsi ilə bağlı isə 17 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: