Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı



Piyada keçidlərinə yaxınlaşarkən qəzanın baş verməməsi üçün sürücülər bu qaydaları bilməlidirlər.
Qəfil və sərt əyləcdən istifadə, düzgün ara məsafəsinin saxlanılmaması və nəticədə qəza. Piyada keçidlərinin yaxınlığında baş verən yol-nəqliyyat hadisələri sürücülərin məhz bu qaydalara əməl etməməsi səbəbindən qeydə alınır. Vaxtında piyada keçidinin olduğunu bildirən nişana diqqət yetirməyən bəzi sürücülər keçidə yaxınlaşdıqda piyadaya son anda diqqət yetirdiklərindən qəfil və sərt əyləcdən istifadə edirlər. Nəticədə isə arxadan hərəkət edən və düzgün ara məsafəsi saxlamayan digər nəqliyyat vasitələri həmin avtomobilə çırpılır.
Belə qəzaların olmaması üçün sürücülər yol nişanlarına diqqət yetirməklə yanaşı, keçidlərə yaxınlaşarkən sürəti azaltmalı və düzgün ara məsafəsi saxlamalıdırlar. Piyada keçidlərinin yaxınlığında təhlükəsizliyin təmin olunması üçün onlar bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Bu zaman piyada vurulması ilə nəticələnən, eyni zamanda zəncirvari qəzaların da qarşısı alınmış olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: