azturkxeber.az
http://azturkxeber.az

Bakıda avtomobil təmiri sexində yanğın olub (video)

16-06-2026

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Azturkxeber.az xəbər verir ki, Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175kv.m. olan bir dam altında tikilmiş 7 boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğın genişlənməsinə, həmiçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50kv.m. sahədə yanıb.

Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930