azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

16-06-2026

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşüb.

Nazirlikdən Azturkxeber.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə Əlcəzair arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri, eləcə də yeni əməkdaşlıq platformalarının formalaşdırılması imkanları müzakirə olunub.

Tərəflər sənaye, enerji, kiçik və orta biznes, turizm, tranzit, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. İqtisadi əlaqələrin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın təşviqinin əhəmiyyəti vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930