azturkxeber.az
http://azturkxeber.az

Restoranın paltar dolabından 5000 dollar oğurlayan şəxs saxlanıldı

13-06-2026

Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək gödəkcəsinin cibindən 5000 dollar nağd pulun naməlum şəraitdə oğurlandığını bildirib.

Azturkxeber.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı İ.Süleymanov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun restoranların birində zərərçəkənin paltar dolabına asdığı gödəkcəsinin cibindən pul vəsaitini taladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930