DİN: Son sutka ərzində 56 cinayətin üstü açılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, iyunun 12-də ölkə ərazisində qeydə alınmış 56 cinayət hadisəsinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Azturkxeber.az xəbər verir ki, axtarışda olan ümumilikdə 148 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotik vasitələrlə əlaqəli 25 fakt, qanunsuz saxlanılan silah və sursatın aşkar edilərək götürülməsi ilə bağlı 10 fakt müəyyən olunub.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: