azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatının qalibi olmuşdur

13-06-2026


13 iyun 2026-cı il tarixində Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatı başa çatmışdır.

Azturkxeber.az xəbər verir ki, turnirin son günündə əvvəlcə üçüncü yer uğrunda keçirilən görüşdə Uruqvay və Niger milli komandaları qarşılaşmışdır.

Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda Uruqvay millisi Niger komandasını 3:2 hesabı ilə məğlub edərək çempionatın bürünc medalına sahib olmuşdur.

Daha sonra keçirilən final qarşılaşmasında Azərbaycan və Çili milli komandaları üz-üzə gəlmişdir.

Böyük maraqla izlənilən həlledici görüşdə Azərbaycan millisi üstün oyun nümayiş etdirərək rəqib qapısından 3 cavabsız top keçirmiş və 3:0 hesablı parlaq qələbə qazanmışdır.

Beləliklə, Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatının qalibi adını qazanaraq qızıl medala və çempionatın kubokuna sahib olmuşdur. Çili millisi ikinci yeri tutaraq gümüş medalla kifayətlənmiş, Uruqvay komandası isə üçüncü yeri əldə etmişdir.

Azərbaycanın ev sahibliyi etdiyi Çövkən üzrə 2-ci Dünya Çempionatı yüksək təşkilatçılığı, maraqlı oyunları və beynəlxalq iştirakçıların fəal mübarizəsi ilə yadda qalmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930