azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorları məhv edilmişdir

12-06-2026

Azturkxeber.az xəbər verir ki, iyun ayının 11-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilmişdir.

Tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 24 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 326 kiloqram 406,518 qram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, 15038 ədəd müxtəlif tərkibli həb məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930