azturkxeber.az
http://azturkxeber.az

Külli miqdarda narkotik vasitə, psixotrop maddə və onların prekursorları məhv edilmişdir

29-05-2025

May ayının 29-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və dövlət orqanlarının əməkdaşlarından ibarət komissiya üzvlərinin iştirakı ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının məhv edilmə prosesi həyata keçirilmişdir.

Azturkxeber.az-a verilən məlumata görə, tədbir zamanı Dövlət Sərhəd Xidməti tərəfindən 32 məhkəmə hökmü üzrə qanunsuz dövriyyədən çıxarılan 395 kiloqram 423,77 qram müxtəlif xassəli narkotik vasitə, 10825 ədəd və 810 ml narkotik tərkibli Metadon M-40, 4061 ədəd güclü təsiredici maddə məhv edilmə prosesi üçün komissiya üzvlərinə təqdim edilmişdir.

https://youtu.be/wBt2cluHlVU?si=sPkBJPA6E8qOhFyR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031