Kanoeçimiz Masters kateqoriyasında Avropa çempionu olub


Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçirilir.
Azturkxeber.az xəbər verir ki, təmsilçimiz Boqdan Kurudz (35–39 yaş) Masters kateqoriyasında qızıl medal qazanıb. 500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: