azturkxeber.az
http://azturkxeber.az

MDB Oyunları: Azərbaycan avarçəkənləri növbəti medallarını qazanıblar

05-10-2025

MDB Oyunları: Azərbaycan avarçəkənləri növbəti medallarını qazanıblar

III MDB Oyunları çərçivəsində keçirilən avarçəkmə yarışlarında Azərbaycan komandası medallarını qazanıb.

Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə gümüş medala sahib olub.

Günün birinci yarısında birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olan Amil Ramazanov 200 metrdə də eyni nəticəni təkrarlayıb.

Daha əvvəl heyətində ikinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında İvan Vorobjanski-Hüseyn Həsənov dueti final yürüşündə finiş xəttini üçüncü yerdə keçib və bürünc medalla kifayətlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031