azturkxeber.az
http://azturkxeber.az

“İnsan Hüquqları Aylığı” çərçivəsində penitensiar müəssisələrə başçəkmələr həyata keçirilib

12-06-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) elan etdiyi “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinə və 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə başçəkmələr həyata keçirilib.

Azturkxeber.az xəbər verir ki, başçəkmələrin əsas məqsədi məhkumların saxlanma şəraitinin, onlarla rəftarın, habelə hüquq və azadlıqlarının təmin olunması vəziyyətinin yerində araşdırılması və monitorinqinin aparılması olub.

Başçəkmələr zamanı müəssisələrin yaşayış korpuslarına, yeməkxanalarına və digər aidiyyəti obyektlərinə baxış keçirilib, məhkumların saxlanma şəraiti, tibbi təminatı, sosial-məişət vəziyyəti və hüquqlarının təmin olunması məsələləri öyrənilib.

Eyni zamanda, məhkumların fərdi qəbulu təşkil olunub, onların müraciət və təklifləri dinlənilib, qeyd olunanlara dair hüquqi izah verilib.

Başçəkmələr çərçivəsində məhkumların Ombudsmana müraciət etmək, hüquqi yardım almaq, ailə üzvləri ilə əlaqə saxlamaq və qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqlarının təmin olunması vəziyyətinə xüsusi diqqət yetirilib, hüquqi maarifləndirmə tədbirləri həyata keçirilib.

Həmçinin müəssisələrin rəhbərliyi ilə keçirilən görüşlərdə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi, məhkumların müraciətlərinə həssas yanaşılması və onların operativ araşdırılmasının vacibliyi vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930