azturkxeber.az
http://azturkxeber.az

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

11-06-2026

Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.

Azturkxeber.az xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.

Araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930