azturkxeber.az
http://azturkxeber.az

Yanvar-aprel ayları ərzində 116 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

14-05-2026

2026-cı ilin yanvar-aprel ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 115.613 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Azturkxeber.az-a verilən məlumata görə, dövlət Xidmətinin məlumatına görə, qeydiyyata alınan mülkiyyət hüququnun 21.584-ü (18,7 faizi) ilkin, 94.029-u (81,3 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə, fərdi yaşayış və bağ evi üzərində – 24.821, mənzil – 28.300, torpaq sahəsi – 58.093, qeyri-yaşayış binası – 1.072, qeyri-yaşayış sahəsi – 3.096, əmlak kompleksi – 196 və çoxmərtəbəli yaşayış binaları üzərində – 35 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 31.544-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.
Bununla yanaşı, cari ilin ilk dörd ayı ərzində 80.383 texniki pasport tərtib edilib, 19.566 ipoteka müqaviləsi qeydiyyata alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031