İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 306 min 456 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bu göstəricinin 51 min 502-si (16,8 faiz) ilkin, 254 min 954-ü isə (83,2 faiz) isə təkrar qeydiyyatın payına düşür.
Bu ilin 10 ayında fərdi yaşayış və bağ evi üzərində - 51 min 582, mənzil üzərində - 70 min 691, torpaq sahəsi – 173 min 315, qeyri-yaşayış binası – 2855, qeyri-yaşayış sahəsi – 7277, əmlak kompleksi - 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81 min 250-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bu ilin yanvar-oktyabr ayları ərzində 231 min 384 texniki pasport tərtib edilib, 62 min 671 ipoteka müqaviləsi qeydiyyata alınıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Ötən il bölgələrdə qeydiyyata alınan mülkiyyət hüquqlarını sayı 282 mini ötüb
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib