Mayın 13-də doğma yurduna yola salınan köç karvanı Zəngilan şəhərinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Zəngilan şəhərinə 235 nəfərdən ibarət 59 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.