azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10-05-2026

 
 
10 may müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
 
Azturkxeber.az xəbər verir ki, bununla əlaqədar Ədliyyə naziri Fərid Əhmədov və Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib. Ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
 
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə güllər düzülüb.
 
Daha sonra Nazirliyin inzibati binasında Ümummilli Liderin büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla anılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031