azturkxeber.az
http://azturkxeber.az

Bu gün Azərbaycandan Ermənistana 8 vaqon dizel yanacağı göndəriləcək

09-05-2026

 
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.
 
Bu barədə Azturkxeber.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
 
Məlumata görə, 9 may tarixində Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.
 
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
 
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
 
6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə 9 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
 
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031