azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan ərazisi vasitəsilə Rusiyadan Ermənistana növbəti tranzit yük yola salınıb

30-04-2026

Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük tədarükü həyata keçirilib.

4 vaqondan ibarət, ümumi çəkisi 279 ton olan taxıl və 3 vaqondan ibarət, çəkisi 203 ton təşkil edən gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Yüklərin dəmir yolu vasitəsilə daşınması müəyyən olunmuş qrafikə uyğun şəkildə həyata keçirilib və tranzit prosesində bütün zəruri logistika və təhlükəsizlik tədbirləri təmin edilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930